Ana Sayfa > Karusel / Gündəm > Küləkli hava nə qədər davam edəcək?- HAVA PROQNOZU

Küləkli hava nə qədər davam edəcək?- HAVA PROQNOZU


4-09-2017, 15:14. Yazar: Xeberaz

Sentyabrın 05-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Geri dön