Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə dəhşət: piyada keçidində vurub 30 metr sürüdü

Kürdəmirdə dəhşət: piyada keçidində vurub 30 metr sürüdü


3-09-2017, 11:15. Yazar: Xeberaz

Kürdəmirdə ağır yol qəzası baş verib. Kürdəmir şəhəri Babək prospektində Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qasımov Qalib Əlmusa oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik avtomobili  ilə piyada keçidində yolu keçən 1967-ci il təvəllüdlü Əsgərov Fikrət Məhərrəm oğlunu vurub. Avtomobil hadisə yerində ölən piyadanı 30 metrədək məsafədə sürüyərək dayanıb.
 
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb.
 
Qeyd edək ki, vəfat edən şəxs avtomobil ustasıdır.
Geri dön