Ana Sayfa > Karusel / Şou-Biznes > Vatan Şaşmazın qətlinin görüntüləri mediaya belə sızdı

Vatan Şaşmazın qətlinin görüntüləri mediaya belə sızdı


2-09-2017, 16:39. Yazar: Xeberaz


Bir neçə gün qabaq öldürülən məşhur türkiyəli aktyor Vatan Şaşmazın qətlinin görüntülərinin mediaya necə sızması bəlli olub. 
 
Aktyorun keçmiş sevgilisi tərəfindən öldürülməsi ilə bağlı görüntülər olay yerində olan polis vasitiəsi ilə yayılıb.
 
Belə ki, xidmətdə olan polis işdə olduğunu həyat yoldaşına sübut etmək üçün qətllə bağlı görüntüləri ona göndərib.
 
Qadın isə görüntüləri qohumlarından ibarət “WhatsApp” qrupuna yollayıb. Bundan sonra həmin görüntüləri sürətlə sosial şəbəkələrdə yayılmağa başlayıb.
 
Bundan əlavə polisin qaynı sevgilisinə həmin görüntüləri göstərib. Həmin qız isə narkotik maddə aludəçisi olduğu üçün həmin görüntüləri mediaya pul müqabilində satıb.
 
Qeyd edək ki, Vatan Şaşmaz İstanbul Beşiktaş qəsəbəsində yerləşən 5 ulduzlu oteldə keçmiş sevgilisi model Filiz Aker tərəfindən tapança ilə öldürülüb. Daha sonra Filiz Aker özünə qəsd edib.
Geri dön