Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Aeroport yolunda ağır qəza - VİDEO
Aeroport yolunda ağır qəza - VİDEO2-09-2017, 12:10. Yazar: Xeberaz |
Bu gün səhər saatlarında aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli "Mercedes Benz E-Class" markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər "Mercedes Benz S-Class" zədələnib. Xəsarət alanların olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır. Qəza yerinə dərhal yol patrul əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib. Sözügedən istiqamətdə nəqliyyatın hərəkatı qismən məhdudlaşıb. Geri dön |