Ana Sayfa > Karusel / İdman > Prosineçki həmkarından sonra...

Prosineçki həmkarından sonra...


2-09-2017, 12:06. Yazar: Xeberaz

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino matçından öncəki mətbuat konfranslarının proqramı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 4-də baş tutacaq qarşılaşmadan bir gün öncə hər iki komanda eyni zamanda son məşqinə çıxacaq.
 
Sabah ilk olaraq 8-ci km qəsəbə stadionunun mətbuat zalında rəqibin baş məşqçisi Pyer Ancelo Manzaroli jurnalistlər önünə çıxacaq. 48 yaşlı çalışdırıcı 18:45-də fikrini bildirəcəksə, San Marinonun məşqinin 19:30-da baş tutması planlaşdırılır.
 
20:30-da yığmamızın baş məşqçisi Robert Prosineçki mətbuat nümayəndələri önünə çıxacaq. Yarım saat sonra isə komandamız son məşqinə çıxacaq.
 
Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.


Geri dön