Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Füzulidə Qurban bayramı münasibətilə sovqatlar paylanıb

Füzulidə Qurban bayramı münasibətilə sovqatlar paylanıb


2-09-2017, 11:38. Yazar: Xeberaz
Füzulidə Qurban bayramı münasibətilə sovqatlar paylanıb
Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da qeyd olunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində Qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanıb. O,  rayon sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.
Rayon İcra Aparatının məsul işçiləri iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Allahverdiyeva sahibə İdris qızının ailəsinə baş çəkiblər. Onlara bayram sovqatı təqdim edilib.
Bundan əlavə ərazidəki icra nümayəndələri tərəfindən hər bir kənd və qəsəbədə qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanılıb. 





Geri dön