Ana Sayfa > Karusel / İdman > Norveç – Azərbaycan: Favorit kimdi?

Norveç – Azərbaycan: Favorit kimdi?


1-09-2017, 11:29. Yazar: Xeberaz

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında keçiriləcək oyunların əmsalları açıqlanıb.Bukmeyker kontorları C qrupunun Norveç – Azərbaycan görüşünə də pul qoyuluşu edəcək.
 
Bu gün Osloda baş tutacaq qarşılaşmada ev sahibləri favorit göstərilir. Norveçin qələbəsinə 1,55 əmsal verildiyi halda, Robert Prosineçkinin yetirmələrinin səfərdən 3 qalla dönməsi 7,60 əmsalla qiymətləndirilib. Görüşdə heç-heçə proqnozlaşdıranlara isə əmanətlərini 4,14 dəfə artırmaq şansı verilib.
 
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 


Geri dön