Ana Sayfa > Karusel / Hadisə > Göyçayda müəllim özünü asdı - Direktorun bacısı oğludur

Göyçayda müəllim özünü asdı - Direktorun bacısı oğludur


1-09-2017, 11:05. Yazar: Xeberaz

Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.
1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil.
Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
H.Həmidov 1 uşaq atası idi.
 
Qeyd edək ki, Hüseyn Həmidov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.
Geri dön