Ana Sayfa > Karusel / Səhiyyə > Gecə tez-tez oyanırsınızsa, SAĞLAMLIĞINIZ TƏHLÜKƏDƏDİR

Gecə tez-tez oyanırsınızsa, SAĞLAMLIĞINIZ TƏHLÜKƏDƏDİR


31-08-2017, 15:44. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_Maraqlixeber_son_954.jpeg
Xirosima Universiteti (Yaponiya) alimləri 13 000 insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə qərara gəliblər ki, gecə yuxudan tez-tez oyanan insanlarda ürəyin işemiya xəstəliyinin təhlükəsi 99% yüksəkdir.
Gec yuxuya gedən insanlarda infarktın riski 52%, insultun riski isə 48% daha çoxdur.
The Daily Mail xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 6 saatdan az yatanlarda infarkt riski 24% artmış olur.
Alimlərin fikrinə görə, yuxu pozulmaları, xüsusilə gecə tez-tez oyanmaq simpatik sinir sistemini aktivləşdirir. Nəticədə qan təzyiqi və nəbz artır ki, bu da öz növbəsində ürəyə düşən gərginliyi xeyli artırır.
(saglamolun.az)
Geri dön