Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda süni mayalanma halları artıb

Azərbaycanda süni mayalanma halları artıb


31-08-2017, 14:03. Yazar: Xeberaz


Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Ancaq bu, valideynlərin istəyi ilə deyil, sonsuzluq hallarının artması ilə izah edilir.
Xəbəraz.Az Trend-ə istinadən bildirir ki, bunu Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib.

Sonsuzluğun səbəblərinin müxtəlif olduğunu deyən Z.Muradova sonsuzluq hallarınln baş verməsində kişi faktorlarının da üstünlük təşkil etdiyini söyləyib.

Z.Muradova deyib ki, antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamiləliyin gedişinə nəzarət, vaxtında həkimə müraciətin edilməsi, ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamilələrə fiziki, mənəvi dəstəyinin səviyyəsi və s. ilə müəyyən olunur.

Onun sözlərinə görə, bütün hamiləlik boyu qadının 1 tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişinin ( hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28, 30-32, 34-36, 38-ci, 40-cı həftəsində) olması tövsiyə olunur.

Z.Muradova deyib ki, hamiləliyi ağırlaşdıran faktorlar 1 necə qrupa bölünür. Bu sıraya sosial-bioloji faktorlar, yəni yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr, atanın yaşının 40-dan çox olması, zərərli vərdişlər və s. aiddir: " Bu faktorlar sırasına mama-ginekoloji anamnez amili də aiddir. Burada söhbət doğuşların sayı 4 və daha çox hamilə qadınlardan, təkrari və ya fəsadlaşmış abortlardan, uşaqlığın inkişaf qüsuru olan hamilə qadınlardan, sonsuzluqdan, induksiya olunmuş hamiləlikdən, uşaqlığa cərrahi müdaxilənin edilməsindən, inkişafdan qalmış hamiləlikdən və s. gedir. Hamiləliyi ağırlaşdıran faktorlara ekstragenital xəstəliklər- hipertenziya, ürək-damar xəstəlikləri, hemostaz pozğunluqları, qaraciyər xəstəlikləri, psixi xəstəliklər, epilepsiya, onkoloji xəstəliklər, HİV infeksiyası və s. aiddir".
Geri dön