Ana Sayfa > Karusel / Gündəm > Turan İbrahimov efirə qayıdır - Hər şey əvvəlki kimi davam edəcək

Turan İbrahimov efirə qayıdır - Hər şey əvvəlki kimi davam edəcək


30-08-2017, 22:56. Yazar: Xeberaz
Turan İbrahimov efirə qayıdır
Xəbər verdiyimiz kimi, bu ilin mayından Azad Azərbaycan telekanalında yayımlanan “ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Proqramın bağlanmasına səbəb Turan İbrahimovun millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni tənqid etməsi əsas gətirilirdi. Bu arada sosial şəbəkələrdə Turan İbrahimovun ATV-dən uzaqlaşması və sentyabrdan fəaliyyətini başqa kanalda davam etdirəcəyi iddia olunur.
Xəbəraz.Az”ın məlumatına görə, məsələ ilə bağlı unikal.org Turan İbrahimovla əlaqə saxlayıb. 
Aparıcı bildirib ki, onun ATV-də fəaliyyətini dayandırması ilə bağlı deyilənlər yalandır: “Əvvəla qeyd edim ki, hazırda ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin və ATV “Səhər” proqramının rəhbəriyəm. İlk dəfə sizin vasitənizlə bəyan edirəm ki, sentyabr ayından ATV “Səhər” verilişi yenidən ekranlarda olacaq. Proqram qaldığı yerdən fəaliyyətini davam etdirəcək. ATV "Səhər”in dekorasiyasından tutmuş, formatına qədər hər şey olduğu kimi yenidən tamaşaçıların ixtiyarına veriləcək. Təbii, hər zamankı kimi verilişin aparıcısı və müəllifi özüm olacağam”.
T.İbrahimov əlavə edib ki, artıq ATV “Səhər”in anonsu da hazırdı və yaxın günlərdə nümayiş olunacaq.
Geri dön