Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Məşhurların Taleyi > "3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli

"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli


30-08-2017, 15:07. Yazar: Xeberaz


“Əslində mənə yaxın insanlar bilir ki, 4 övladım var. Onlardan birinin bioloji anası mənəm. Digərlərini isə uşaqlar evindən övladlığa götürmüşəm”.
 
Xəbəraz.Az xəbər verir ki, bu sözləri “Show time” verilişinə açıqlamasında müğənni Roza Zərgərli deyib. 

O bildirib ki, bu haqda çox danışmağı sevmir:

“4 uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə “Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz. İlk dəfə də burada açıqlayıram, 3 üşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”.

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

Geri dön