Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Erməni deputatlar Bakıya gəlir

Erməni deputatlar Bakıya gəlir


30-08-2017, 15:00. Yazar: Xeberaz


Ermənistan parlamentinin “Avronest” PA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycana gələcək.
 
Apa-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Bakıda “Avronest” PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək.
 
İclasda Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.



Geri dön