Ana Sayfa > Karusel / Dünya / Şou-Biznes > Tanınmış aktyor borca görə öldürülüb? - YENİ TƏFƏRRÜATLAR

Tanınmış aktyor borca görə öldürülüb? - YENİ TƏFƏRRÜATLAR


30-08-2017, 11:52. Yazar: Xeberaz

Aparıcı-aktyor Vatan Şaşmazın ölümü ilə bağlı təfərrüatlar bitmir.
 
Aparıcını güllələyən Filiz Akerin həbsdən çıxan qardaşı Sümer Bayer bacısının onu, əslində, avqustun 21-də öldürmək istədiyini deyib:
 
"Vatan Şaşmaz günahsız deyil. Bacım mənə dedi ki, avqustun 21-də onunla görüşüb və 130 min dollar borcunu qaytarmasını deyib. Vatan da sentyabrın 20-də qaytaracağına söz verib. Filiz bildirdi ki, çantasında həmin gün də silahı olub və onu öldürmək istəyib. Ancaq sonra mənim həbsdən çıxacağım yadına düşüb və Vatanı öldürmək fikrindən daşınıb". 
Bundan başqa, Filiz Akerin Vatan Şaşmazın anası Safiye Saydamla da yazışdığı üzə çıxıb. Belə ki, Safiye sosial şəbəkədə oğlu ilə gəlinin fotosunu paylaşdıqdan sonra Filiz 2 fərqli İnstaqram hesabından onların şəklini paylaşıb və "Sizə də xeyirli bayramlar diləyirəm" yazıb. Qarşılığında isə Safiye Saydam Filiz Akerə "ürək" işarəsi göndərib. 
Qeyd edək ki, Vatan Şaşmaz qətlə yetirilməzdən əvvəl Filiz Aker ona "Gəl danışıb halallaşaq" deyə ismarış yollayıb. Otel otağında yaranan mübahisədən sonra isə Vatanı kürəyindən 4 güllə vuraraq öldürüb. Daha sonra həbsə düşmək istəmədiyindən özünü öldürmək istəyib. Lakin həyəcandan əli tərlədiyindən silahı tuta bilməyib. Filiz daha sonra silah sürüşməsin deyə sağ əlinə əlcək geyinərək öz başına atəş açıb.



Geri dön