Ana Sayfa > Karusel / Hadisə > Bakıda ər arvadını boğub öldürdü

Bakıda ər arvadını boğub öldürdü


30-08-2017, 11:44. Yazar: Xeberaz


Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.trend



Geri dön