Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Xəbəraz TV > Meşədə itkin düşən 5 yaşlı uşaq 3 gün ac qalıb - FOTOLAR - YENİLƏNİB

Meşədə itkin düşən 5 yaşlı uşaq 3 gün ac qalıb - FOTOLAR - YENİLƏNİB


30-08-2017, 11:42. Yazar: Xeberaz


 
Quba rayonunda meşədə itən azyaşlının tapılmasının təfərrüatları məlum olub.
Şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivində, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.
 
Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 
 
 
FHN-in yaydığı məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrıq kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də xilasedicilər tərəfindən tapılıb.
 
Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.
 
N. Əliyevin axtarışlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.






Geri dön