Ana Sayfa > Karusel / Hadisə > Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi

Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi


30-08-2017, 11:40. Yazar: Xeberaz


Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb. Insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
 
Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.apa




Geri dön