Ana Sayfa > Karusel / İdman > "Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlər üçün ŞAD XƏBƏR

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlər üçün ŞAD XƏBƏR


29-08-2017, 16:09. Yazar: Xeberaz

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.
 
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
 
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.
Geri dön