Ana Sayfa > Karusel / Dünya / Şou-Biznes / Xəbəraz TV > Aktyorun öldürüldüyü otaqdan ilk VİDEO - Vatan Şaşmaz yerdə, model yataqda

Aktyorun öldürüldüyü otaqdan ilk VİDEO - Vatan Şaşmaz yerdə, model yataqda


29-08-2017, 10:53. Yazar: Xeberaz
 
Türkiyəli məşhurları yasa boğan Vatan Şaşmaz cinayəti ilə bağlı yeni görüntülər əldə edilib.
Görüntülər otel otağında, cinayətdən sonra çəkilib. Kadrlardan göründüyü kimi, aktyor ölü halda yerdə uzanıb, Filiz Akel isə yataqda.
Qeyd edək ki, Türkiyənin məşhur "Çoçuklar Duymasın" serialındakı Engin obrazını canlandıran aktyor Vatan Şaşmaz iki gün əvvəl Beşiktaşdakı lüks otelin 11-ci mərtəbəsində kürəyindən vurularaq öldürülüb. Onu öldürən keçmiş model və keçmiş sevgilisi Filiz Akeldir. O, Vatanı otağına çağırıb öldürdükdən sonra intihar edib. 
Vatan Şaşmazın yaxın dostu dünənki canlı yayım açıqlaması zamanı bildirib ki, Vatan ölümündən öncə dəfələrlə Filiz Akeldən şikayətlənib, onun başına problem açacağına görə narahat olduğunu söyləyib.
Cinayətlə bağlı araşdırmalar davam edir:

 


Geri dön