Ana Sayfa > Karusel / Maraqlı / M2 > Qənirə Ataşova yenidən ABŞ-a köçdü

Qənirə Ataşova yenidən ABŞ-a köçdü


28-08-2017, 10:47. Yazar: Xeberaz
Qənirə Ataşova yenidən ABŞ-a köçdü
Fəaliyyəti dayandırılmış ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına köçüb.
"Xəbəraz.Az" gununsesi.info-ya istinadən xəbər verir ki, teleaparıcının ABŞ-a köçməsi onun bu ölkədə təhsil almaq istəyi ilə bağlıdır.
Qeyd edək ki, Qənirə Ataşova  ANS bağlanandan sonra  Amerikadan Bakıya dönmüşdü.
O, özünə dair olan bütün ittiham və suallara elə Bakıdaca cavab verib. Lakin onun könüllü  Azərbaycana qayıtmasına baxmayaraq, sonradan Türkiyəyə gedişi zamanı sərhəddən geri qaytarılmışdı.
Ancaq dövlət başçısına müraciətindən sonra Qənirə Ataşovanın ölkəni tərk etməsinə qoyulan qadağa aradan qaldırılıb.
Geri dön