Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Kamran Ağayevdən debütdə biabırçı səhv - VİDEO

Kamran Ağayevdən debütdə biabırçı səhv - VİDEO


28-08-2017, 10:46. Yazar: Xeberaz

Millimizin üzvü Kamran Ağayev Çexiya çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, “Mlada Boleslav”ın şərəfini qoruyan qolkiper V tur çərçivəsində Praqa "Slaviya"sı ilə oyunda meydana çıxıb.
 
Səfərdə baş tutan matç Ağayev üçün uğursuz alınıb. 90 dəqiqə oynayan həmyerlimiz qapısında 4 qol görüb.
 
Nəticədə “Mlada Boleslav” yenə də son pillədən yaxa qurtara bilməyib. Bu dəfə 0:4 hesabı ilə uduzan Ağayevin komandasının aktivində cəmi 1 xal var.

Geri dön