Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Ata qızını axtarır - Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur - VİDEO

Ata qızını axtarır - Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur - VİDEO


28-08-2017, 10:42. Yazar: Xeberaz

Sumqayıtda 22 yaşlı qız itgin düşüb. Atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.
Səfər Əsədov böyüdüb boya - başa çatdırdığı qızından 5 gündür xəbərsizdir.
Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub:
Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir:
Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 



Geri dön