Ana Sayfa > Karusel / Hadisə > Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər ölüb

Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər ölüb


28-08-2017, 10:27. Yazar: Xeberaz


Beyləqan şəhərində ağır yol qəzası baş verib.
 
Apa-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
 
Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi “Hyundai” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
 
Nəticədə sürücü və maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 
Geri dön