Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb


27-08-2017, 14:49. Yazar: Xeberaz

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova apa-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.
 
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
 
Siyəzən Diaqnostika Mərkəzindən apa-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.




Geri dön