Ana Sayfa > Karusel / Siyasət / Dünya > Təl Afər İŞİD-dən azad edildi

Təl Afər İŞİD-dən azad edildi


27-08-2017, 09:46. Yazar: Xeberaz

İraqın Təl Afər şəhəri İŞİD terrorçularından tamamilə azad edilib. Bu barədə “RİA Novosti”yə İraq ordusunun birləşmələrindən birinin komandanı general Nacim Əl Cabiri bildirib.  
 
“Hazırda şəhər tam azad edilib, son “təmizlənmə” tədbirləri görülür. Yalnız şəhərin ətrafındakı Əsgəri rayonu qalıb, lakin onu da, İnşallah, sabahadək azad edərik”, - deyə general qeyd edib.
 
Qeyd edək ki, İraqın Təl Afər şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyat avqustun 20-dən başlayıb. Bu şəhər İŞİD-in İraq-Suriya sərhədində sonuncu ən iri dayaq nöqtəsi idi. 
Geri dön