Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Balakəndə 12 yaşlı qız anasının sevgilisindən hamilə qalıb - ŞOK (YENİLƏNDİ)

Balakəndə 12 yaşlı qız anasının sevgilisindən hamilə qalıb - ŞOK (YENİLƏNDİ)


26-08-2017, 14:32. Yazar: Xeberaz
Balakəndə 12 yaşlı qız anasının sevgilisindən hamilə qalıb - ŞOK
Balakən rayon Prokurorluğundan verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək.

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur.
***
Balakəndə 12 yaşlı qız hamilə qalıb.
Rayon hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.
Geri dön