Ana Sayfa > Karusel / İdman > Azərbaycan güləşçisi üçqat dünya çempionu oldu

Azərbaycan güləşçisi üçqat dünya çempionu oldu


26-08-2017, 10:37. Yazar: Xeberaz


Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.Finalda ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı H. Əliyev rusiyalı Hacımurad Rəşidovu 7:1 hesabı ilə məğlub edib.
Həlledici görüşədək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Azərbaycanın güləş tarixində bundan əvvəl belə bir uğura yalnız yunan-roma stili üzrə pəhləvanımız Məhyəddin Allahverdiyev imza atmışdı. O, SSRİ yığmasının tərkibində 1985, 1986 və 1987-ci illərdə dünya çempionu olmuşdu.
 
Geri dön