Ana Sayfa > Karusel / Texnologiya > Selfinin əvəz edən rejim - HAMIDA OLMAYACAQ

Selfinin əvəz edən rejim - HAMIDA OLMAYACAQ


25-08-2017, 12:46. Yazar: Xeberaz


Foto həvəskarlarının sevimlisi olan selfinin yerini “bothie” çəkiliş rejimi almağa hazırlaşır.
 
Bu çəkiliş telefon firması olan “Nokia”-nın yeni modeli “Nokia-8”-lə mümkün olacaq. İngiliscə “hər ikisi” mənasını verən “bothie”adlı çəkiliş rejimi  istifadəçilərə  eyni anda həm ön həm də arxa kameradan istifadə etmək imkanı yaradacaq. Belə ki, rejim ekranı ikiyə bölməklə həm üzünüzü həm də qarşıdakı mənzərəni bir kadrda çəkməyə sizə yardımcı olacaq.
 
“Nokia-8” istifadəçiləri  bu rejimdən Facebook və YouTube kimi canlı yayımlarda da yararlanacaqlar.
 
Ön  arxa  kamerası 13 megapiksel olan “Nokia-8”-in sentyabrda satışa çıxarılacağı gözlənilir.
 



Geri dön