Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Bakı-Sumqayıt yolunda qəza: Avtomobil yanıb kül oldu - VİDEO

Bakı-Sumqayıt yolunda qəza: Avtomobil yanıb kül oldu - VİDEO


11-03-2015, 23:17. Yazar: Xeberaz
Bakı-Sumqayıt yolunda qəza: Avtomobil yanıb kül oldu - VİDEO
Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər.

Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan “VAZ-2104” markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib.

Bu zaman arxadan gələn “Ford” markalı avtomobil “04”ü ortadan vurub. Nəticədə “04” yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər.

Qəza nəticəsində “04”ün sürücüsü ağır xəsarət alıb.

Geri dön