Ana Sayfa > Karusel / Maraqlı > İlıq suyun orqanizmə faydaları - Bunları bilmirsiniz...

İlıq suyun orqanizmə faydaları - Bunları bilmirsiniz...


25-08-2017, 12:41. Yazar: Xeberaz
İlıq suyun orqanizmə faydaları






Su həyatımızın vazkeçilməz içkisidir.
Mütəxəssislər gündə 8 stəkan su içməyin vacibliyini vurğulayır. Suyu ilıq içərək orqanizm üçün faydalarını artıra bilərsiniz. İlıq suyun bir neçə faydasını təqdim edirik:
Həzmə yardım edir
Mütəmadi olaraq ilıq su içməyə başladığınızda həzm sisteminiz yaxşılaşmağa başlayır. İlıq su yediyiniz qidaların parçalanmasına yardım edir və həzmi asanlaşdırır.
Sağlam və yumşaq saçlar
Yumşaq və parlaq saçlara sahib olmaq üçün çoxlu ilıq su için. İlıq su saç köklərindəki sinir uclarını aktiv hala gətirir. Uzanmasına yardımçı olur.
Menstruasiya sancılarını aradan qaldırır
Aybaşı ağrılarından şikayətçi olan xanımlar mütləq ilıq su içməlidir. İlıq su sancılara və ağrılara faydalıdır. Əzələləri genişləndirərək rahatlamağınıza yardım edər.
Yuxuya getməyi asanlaşdırır
Yuxusuzluqdan əziyyət çəkənlər yatmazdan əvvəl ilıq su içə bilər. İlıq su bədəni rahatlaşdırır, əsəbləri sakitləşdirir.
Qəbizliyin qarşısını alır
Mütəmadi içildiyi zaman bağırsağın hərəkətini fəallaşdırır və qəbizliyin qarşısını alır.
Boğaz ağrısına faydalıdır
Boğaz ağrısı və qripin müalicəsində ən effektiv üsullardan biri ilıq sudur. İlıq su boğaz ağrısını aradan qaldırır və qıcıqlanmanın qarşısını alır.metbuat.az

Geri dön