Ana Sayfa > Karusel / Şou-Biznes > Xərçəng xəstəsi olan Rafiq Hüseynov iki gündə iki dəfə əməliyyat olunacaq: "Ümid allahadır"

Xərçəng xəstəsi olan Rafiq Hüseynov iki gündə iki dəfə əməliyyat olunacaq: "Ümid allahadır"


24-08-2017, 17:34. Yazar: Xeberaz


Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bir neçə saat öncə Türkiyədə əməliyyat olunub. Diktor bu dəqiqələrdə əməliyyatdan çıxıb.Xəbəraz.Az-ın yenicag.az-a istinadən verdiyi xəbərə görə, xalq artisti narkozdan indi ayıldığını deyib:
“Bu gün bir əməliyyat keçirtdim. Narkozdan indi ayılmışam, heç bilmirəm necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayib. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah isə ikinci dəfə əməliyyat olunacam. Bağırsağımın bir hissəsi kəsilməlidir. Həkimlərin dediyinə görə, ağır əməliyyat sayilır. Bilmirəm, əməliyyatdan necə çıxacağam, ümid Allahadır”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub.


Geri dön