Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bayram Kürdəxanılını avtomobillə vuran şəxs Ağamirzənin qohumudur? – FOTO

Bayram Kürdəxanılını avtomobillə vuran şəxs Ağamirzənin qohumudur? – FOTO


23-08-2017, 11:35. Yazar: Xeberaz


Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
Xəbəraz.Az-ın yenicag-a istinadla məlumatına görə, mərhum saat 14:00-da Kürdəxanı qəbiristanlığında dəfn olunacaq. Qonşuların dediyinə görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib.
Meyxanaçını avtomobillə vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs meyxanaçı Ağamirzənin qohumudur.



Geri dön