Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV / Fotogalereya > Nadir Qafarzadə xanımını da götürüb getdi

Nadir Qafarzadə xanımını da götürüb getdi


29-06-2015, 16:35. Yazar: Kenan
Nadir Qafarzadə xanımını da götürüb getdi

Xeberaz.az-ın aldığı məlumata görə Müğənni Nadir Qafarzadə ailəsi ilə birgə Türkiyəyə yola düşüb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Şou-biznesin səs-küyündən, qalmaqalından uzaqlaşıb, istirahət edirəm. Amma yaradıcılıq işlərim çox olduğuna görə bu yay elə də çox istirahət edə bilməyəcəm. “Azad Azərbaycan” telekanalında yayımlanan “Azərbaycanın səsi” layihəsində münsiflər kürsüsündəyəm. Ona görə də vaxt tapan kimi istirahət edirəm. Elə buna görə də həyat yoldaşımla birgə Türkiyəyə gəldim. Bir neçə gün sonra yenidən Azərbaycana qayıdacam”.

N.Qafarzadə onu da əlavə edib ki, “Dönmelisin” adlı türk mahnısını oxuyub: “Bu günə qədər bir çox Türk mahnılar ifa etmişəm. Onların əksəriyyəti dinləyicilər tərəfindən sevilib. İndi də “Dönmelisin” adlı mahnını oxumuşam. Bu mahnını illər öncə eşitmişəm. Bəyənirdim, elə ona görə də düşündüm ki, repertuarıma daxil edim. Düşünürəm ki, dinləyicilər bəyənəcək”.

Qeyd edək ki, “Dönmelisin” adlı türk mahnısını illər öncə Türkiyənin tanınmış İzel-Çelik, Sibel Can, Hakan Altun, Serhat Aydoğar, Kibariyə kimi tanınmış müğənniləri ifa edib.






[media=https://youtu.be/aaB1QvP9m88]
Geri dön