Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO

Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO


22-08-2017, 12:02. Yazar: Xeberaz
 

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.
Vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur. 
Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib. 
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.



Geri dön