Ana Sayfa > Karusel / İdman > Biabırçılıq: Çempion beynəlxalq səhnəyə azərbaycanlılarsız çıxır

Biabırçılıq: Çempion beynəlxalq səhnəyə azərbaycanlılarsız çıxır


22-08-2017, 11:21. Yazar: Xeberaz

Qadın həndbolçular arasında EHF kubokunun I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Nur” klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə qitə miqyaslı turnirdə çıxış edəcək Azərbaycan çempionunun heyətində bir nəfər belə yerli oyunçu yoxdu.
 
Mingəçeviri təmsil edən “Nur” rusiyalılara güvənəcək. Komanda rəhbərliyi İsveçin “Lugi” klubu ilə oyun üçün 15 həndbolçu sifariş edib ki, onlardan cəmi biri milliləşdirilmiş “azərbaycanlı”dı. Bu, 35 yaşlı Yekaterina Peçedi. Maraqlıdı ki, o da Rusiya əsillidi.
 
Tamamilə yenilənmiş “Nur”da onun komanda yoldaşları isə Yekaterina Artamonova, Alla Çernişkova, Polina Deryavko, Liza Fedorova, Darya Qavriş, Yuliya Xomenko, İrina Klimenko, Liliya Kutsevalova, Tatyana Potapenko, Ulyana Rassanova, Valeriya Sayenko, Yuliya Taran və Svetlana Vasileva olacaq.
 
Qeyd edək ki, “Nur” “Lugi” ilə hər 2 görüşə Mingəçevirdə çıxacaq. Oyunlar sentyabrın 16-da və 17-də olacaq. 


Geri dön