Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Azərbaycanlı sürücü “05” ilə Amerikada - FOTO

Azərbaycanlı sürücü “05” ilə Amerikada - FOTO


21-08-2017, 15:58. Yazar: Xeberaz

Bakılı sürücünün "VAZ-2105" markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib.
Tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park edildiyi əks olunur. Nömrə əvəzinə "I love NY, Baku55" ("Mən Nyu-Yorku sevirəm, Bakı 55"-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur.
Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.






Geri dön