Ana Sayfa > Karusel / İdman > “Qarabağ” Qurbanovla 400-ə çatdı

“Qarabağ” Qurbanovla 400-ə çatdı


21-08-2017, 11:26. Yazar: Xeberaz


Azərbaycan Premyer Liqasının II turu “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi təcrübəli mütəxəssisin rəhbərliyi altında 400-cü oyununu keçirib.
 
“İnter”i 1:0 hesabı ilə məğlub edən əyalət klubu bu yubileyi 3 xalla qeyd edib.
 
2008-ci ilin yayında “Qarabağ”ın “sükanı arxasına” keçən 45 yaşlı çalışdırıcı 9 ildə komandasını Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqası görüşlərinə çıxarıb. “İnter”lə qarşılaşmayadək 399 matçda iş başında olan Qurbanov 4-cü “yüzlüy”ü “Azərsun Arena”da tamamlayıb.
 
“Qarabağ” Qurbanovun rəhbərliyi dövründə 222-ci dəfə qalib gəlib. Yubiley matçınadək 221-ə bərabər rəqəm “Azərsun Arena”da “2”lərin üçləşməsi ilə əlamətdar olub.
 
Qurbanovlu “Qarabağ” 400 matçda 105 heç-heçə edib. Mütəxəssis yetirmələrinin 73 məğlubiyyətinə üzülüb. Bu görüşlərdə “Qarabağ” 578 qol vurubsa, öz qapısından 288-ni buraxıb.
 
Qeyd edək ki, Qurbanov karyerası ərzində “Qarabağ”dan başqa yalnız “Neftçi”də çalışıb.


Geri dön