Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV / Fotogalereya > Daha bir azərbaycanlı müğənninin toy xəbəri yayıldı - VİDEO

Daha bir azərbaycanlı müğənninin toy xəbəri yayıldı - VİDEO


29-06-2015, 11:59. Yazar: Xeberaz
Daha bir azərbaycanlı müğənninin toy xəbəri yayıldı - VİDEO
Xeberaz.az xəbər verir ki, Sosial şəbəkələrdə tanımış estrada müğənnisi Nuri Sərinləndiricinin evlənəcəyi ilə bağlı xəbərlər yayılıb. Gecə ilə yayılan məlumata görə Ramazan ayından sonra sevilən ulduz hər kəsdən gizli saxladığı xanımla rəsmi nikaha daxil olacaq.
Nurinin yaradıcılıq layihələrinə rəhbərlik edən, Lider TV-nin populyar siması Lamiyyə Ələkbərqızı inandırıcı informasiya ilə bağlı açıqlama edib:
"29 iyun tarixi Nuri Sərinləndirici komandası üçün çox əlamətdar gündür. Çünki bu gün bizim Nurinin dünyaya göz açdığı gündür.
Tam səmimiyyətimlə deyirəm, onun evlənəcəyi haqda xəbərin yayılması bizdən çox heç kimi sevindirə bilməzdi. Onun anasının ən böyük arzusudur oğlunu evləndirsin. Əfsus ki, bu yalnış məlumatdır.
Məncə fanatlarından kimsə özü-özlüyündə belə xoş şayiə yayaraq sevdiyi ulduzuna subaylıqla vidalaşmağı məsləhət görüb".
Lamiyyə xanım onu da əlavə etdi ki, ad günü olmasına baxmayaraq N.Sərinləndirici pərəstişkarlarına real hitə namizəd olan iki yeni mahnısını təqdim edib:
"Bir neçə saat bundan əvvəl Nurinin rəsmi YouTube səhifəsində bəstəkar Aynur Adilqızının müəllifi olduğu iki yeni mahnı dinləyicilərə təqdim olunub. "Sanmışdım" bəstəsinin sözləri Leyla Əliyevaya, "Duyğularım" əsərinin söz yazarı isə şairə Zeynəb Ədalətqızıdır. Bilirəm ki, Nurisevərlər hər iki mahnını rəğbətlə qarşılayacaqlar.
Sonda doğma qardaşım qədər xətri əziz olan ulduzumu ad günü münasibətilə ürəkdən təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram". Maraqlı olacağını nəzərə alıb hər iki mahnının linklərini oxucularımız üçün yayımlayırıq.


Geri dön