Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda toy faciəyə döndü - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı+ Fotolar

Azərbaycanda toy faciəyə döndü - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı+ Fotolar


20-08-2017, 16:56. Yazar: Xeberaz
Azərbaycanda toy faciəyə döndü
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 qonağını vuraraq hadisə yerindən qaçıb.
Xəbəraz.Az”ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib.
Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.
Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər -1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.





Geri dön