Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - YENİLƏNİB

Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - YENİLƏNİB


19-08-2017, 11:04. Yazar: Xeberaz



Ötən gün Katex çayında batan şəxsin meyiti tapılıb.
 
1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.
 
***
 
19:09
 
 
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
 
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
 
Hazırda onun axtarışları davam etdirilir.
 
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. 



Geri dön