Ana Sayfa > Karusel / Maraqlı / M2 > BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı

BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı


18-08-2017, 23:16. Yazar: Xeberaz
BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı
Avstraliyalı turist Culiya Monako son üç ay ərzində üç Avropa ölkəsində terror aktlarını yaşayıb.
26 yaşlı qız “3AW” radiosunun efirində başına gələnləri danışıb.
London, Paris və Barselona şəhərlərinə səyahət edən Melburn şəhərinin sakininin taleyinə hər üç halda terror hadisəsi yazılıb.
“Mən üçüncü dəfədir ki, belə vəziyyətə düşmürəm. Mən Londonda körpü üzərində terror aktı zamanı (7 iyun 2017-ci il –red.) metroda qaldım. Həmçinin, Notr-Damda hadisə zamanı (iyunun 6-da Parisin mərkəzində, Notr-Dam kilsəsinin yaxınlığında naməlum şəxs polis əməkdaşına çəkiclə hücum edib –red.) Parisdə idim. İndi isə Barselonada terror aktını yaşadım. Amma mən dünya üzrə səyahətə davam etmək istəyirəm”, - Monako deyib.
Geri dön