Ana Sayfa > Karusel / Hadisə > Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb

Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb


18-08-2017, 17:07. Yazar: Xeberaz

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.
 
Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
 
Həkim polisə şikayət edib.
 
Faktla bağlı araşdırma aparılır.



Geri dön