Ana Sayfa > Karusel / Maraqlı > "Nar bağı" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

"Nar bağı" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb


18-08-2017, 15:53. Yazar: Xeberaz

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib.
 
İttifaqın mətbuat xidmətindən verilən xəbərə görə, iclasda bir sıra məslələr müzakirə olunub. O cümlədən, Komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filminin Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.
Geri dön