Ana Sayfa > Karusel / Dünya / M2 > Arda Turan barəsində deyilənlərə son qoydu

Arda Turan barəsində deyilənlərə son qoydu


28-06-2015, 21:54. Yazar: Xeberaz
Arda Turan barəsində deyilənlərə son qoydu

"Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir"

Türkiyə millisinin üzvü Arda Turan “Atletiko” Madrid klubundan ayrılacağı və “Barselona” ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Arda Turan “Tvitter” səhifəsində barəsində yazılanları təkzib edib:

“Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir. Menecerim 3-4 klubla danışıqlar aparır. Bir yenilik olsa, burda yazacam”.

Qeyd edək ki, Arda ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin də maraqlandığı deyilir.
Geri dön