Ana Sayfa > Karusel / Şou-Biznes > Hər gün bir diş sarımsaq yesəniz... - İNANMAYACAQSINIZ

Hər gün bir diş sarımsaq yesəniz... - İNANMAYACAQSINIZ


17-08-2017, 12:19. Yazar: Xeberaz
Hər gün bir diş sarımsaq yesəniz...
Faydaları saymaqla bitməyən sarımsaq bir çox ölkədə təbii dərman kimi istifadə edilir.
Sarımsaq dəri üçün olduqca faydalıdır. Pullu dəmrov xəstəliyini müalicə edir. Anti-inflamatuar və antioksidant xüsusiyyəti var. Sağlam bir dəri üçün sarımsaq yağı istifadə edə bilərsiniz.
Ayaqda əmələ gələn göbələk infeksiyasını sağaltmaq üçün sarımsaqdan faydalanmaq olar. Bir qab suya bir neçə damcı sarımsaq yağı ya da bir neçə ədəd əzilmiş sarımsaq atın. Təxminən yarım saat ayaqlarınızı bu suda saxlayın.
Sarımsaqdan hər gün istifadə etməyə çalışın. Ondan mütəmadi istifadə sağlam şəkildə çəki atmağınıza yardım edəcək, soyuqdəymənin qarşısını alacaq, ürəyin sağlamlığını qoruyacaq və maddələr mübadiləsinin sürətlə işləməsini təmin edəcək. Bəzi araşdırmalar sarımsağın xərçənglə mübarizədə istifadə edildiyini sübut edir.
Sarımsaqdakı antioksidantlar sızanaqları yox edir. Yenə də istifadədən əvvəl mütəxəssis həkimlə məsləhətləşmək lazımdır. Dəriniz həssas və allergik ola bilər.

Geri dön