Ana Sayfa > Karusel / Şou-Biznes > "3 dəfə uşağımı itirdim"

"3 dəfə uşağımı itirdim"


17-08-2017, 11:05. Yazar: Xeberaz

"3 dəfə uşağımı itirdim"

Tanınmış aktrisa və yazıçı İclal Aydın “Canlı masa” verilişinin qonağı olub. 

Rejissor Efe Kubilayla evli olan aparıcı şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib: 

“Efe ilə uşağımız olsun istəyirik. Hamilə qala bilirəm. 3 ildir, 3 dəfə qaldım, amma 12-ci həftəmdə uşaqlarımı itirdim. Həkimim süni mayalanmanı məsləhət görür, ancaq mən təbii yolla hamilə qalmaq istəyirəm. Çünki süni mayalanma risklidir və o hələlik o günahı almaq istəmirəm”. 

Göz yaşlarını saxlaya bilməyən İclal “Həyat yoldaşımın heç vaxt uşağı olmayıb. Bu səbəbdən övladımızın dünyaya gəlməsini çox istəyirik” deyib. 

Qeyd edək ki, İ.Aydın 4 dəfə ailə qurub. Onun ikinci evliliyindən Lal adlı bir qızı var. 



Geri dön