Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Dil qüsuru olan aparıcıları siz də tanıyın - Siyahı

Dil qüsuru olan aparıcıları siz də tanıyın - Siyahı


16-08-2017, 16:55. Yazar: Xeberaz
Dil qüsuru olan aparıcıları siz də tanıyın

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar.
Iyun-iyul aylarını əhatə edən  hesabatda ədəbi dilin normalarını pozan aparıcılarımızın adları açıqlanıb.  
Layihə çərçivəsində milli telekanallarda (6 ümümrespublika televiziya yaımçısının – İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV) yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub.
Həmin siyahıda bir sıra tanınmış aparıcılar da yer alıb. Onların arasında Elnarə Xəlilova (“Xanımlar və cənablar”), Tünzalə Əliyeva (“Yerimdəyəm”), Mikayıl Güləddinoğlu (“Ad günü”),  Lamiyyə Ələkbərqızı (“Həyat tərzi”), Aytən Səfərova (“ATV Xəbər”), Zaur Baxşəliyev (“Bizimləsən”), Lalə Azərtaş (“ATV Xəbər”), Kəmalə Piriyeva (“Hava”), İlqar Mikayıloğlu (“Xeyrə qarşı”), Hacı Nuran Hüseynov (“Həyat”), Vüsalə Əlizadə (“Qadına görə”),   Mətanət Əliverdiyeva (“5 gəlin”), Nanə Ağamalıyeva (“Nanəli”), Saleh Bağırov ( “Yeni gün”), Xoşqədəm Hidayətqızı (“Səni axtarıram” , “Bizə danış”), Sevil və Sevinc (“Hər şey daxil”), Leyla Mustafayeva (“Ənənə boğçası”), Nəsib Nur  (“Nəsib olsa”), Zaur Kamal (“5/5”), Samirə Rəhimova (“İncə şarm”), Çiçək (“Çiçəkli dəqiqələr”), Günay Firudinqızı (“Geriyə baxanda”),  İlhamə Bədəlova (“Həkimsən”),   Zümrüd Qasımova (“Gəlin danışaq”)  və sair aparıcıların adları var. qafqazinfo





Geri dön