Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > "Qarabağ"ın oyununa az qalmış biabırçı görüntülər (VİDEO)

"Qarabağ"ın oyununa az qalmış biabırçı görüntülər (VİDEO)


16-08-2017, 12:19. Yazar: Xeberaz
 
“Qarabağ” – “Kopenhagen” matçında Ağdam klubunun qələbəsi nə qədər sevindirdisə də, azarkeşlərin stadionu və ətrafını zibilləməsi bir o qədər yadda qaldı. 

Dünəndən bəri sosial şəbəkələrdə oyunu izləməyə gedən insanların ətrafını su butulkaları, sellafonlarla zibilləməsinin fotoları və videoları yayılır. 

Həmin videolardan birində görünür ki, Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına toplaşan azarkeşlər yanlarında zibil qutuları olsa da əllərindəki yararsız əşyaları yerə atıblar. 

Həmin videonu sizə təqdim edirik. 


Geri dön