Ana Sayfa > Karusel / Hadisə > Türkiyədə azərbaycanlılar ağır qəzaya düşdü – 3 nəfər öldü

Türkiyədə azərbaycanlılar ağır qəzaya düşdü – 3 nəfər öldü


15-08-2017, 11:51. Yazar: Xeberaz

Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvansakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb
 
Ölənlərin ikisi də Naxçıvan sakinidir.
 
Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər. 
 
Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev "Report"a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər.
 
Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib. Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar.
Geri dön