Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana payızın gələcəyi dəqiq vaxt - Açıqlandı

Azərbaycana payızın gələcəyi dəqiq vaxt - Açıqlandı


14-08-2017, 22:53. Yazar: Xeberaz


Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. 
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq.
X.Mikayılov qeyd edib ki, bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.
Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.
Geri dön